Mustafa Kemal Atatürk Şiiri

MUSTAFA KAMAL ATATÜRK

Mustafa Kamal Atatürk  təkcə Türkiyə Türklərinin yox, bütün dünya Türklərinin milli qəhrəmanıdır! Nə zamana qədər dünyada Türk varsa ölkəsindən asılı olmayaraq Mustafa Kamal Atatürkün puhuna ehtiram bəsləməlidi, çünki indiki Türk ölkələrinin varlığı, müstəqil Türkiyənin varlığı  ilə çox bağlı idi.Türk dövlətinin bərqərar olması ilə Türk düşmənləri bütünlüklə Türkləri yer üzündə  darmadağın etmə planından çəkindilər. Bunu mən demirəm, ey dünya TÜRKLƏRİ, bunu sonrakı dövürlərdə Türk ərazilərində baş vermiş türk ürpədici olaylar deyir!…

Bir dönün tarixə baxın…

Bir zaman yağıların eylədi işğal Vətəni,
Saldı min bir əzaba gör necə bu hal Vətəni,
Qoydu yaman günlərə, etdi halbahal Vətəni,
Atdı ağrı-acıya böylə qeylü-qal Vətəni,

Oldu millətə dirək – Mustafa Kamal Atatürk,
Böyük yurduna ürək – Mustafa Kamal Atatürk.

Yığışıb cəm olaraq diddilər Osmanlını,
Min yerə parçalayıb ütdülər Osmanlını,
Elə zənn eylədilər ötdülər Osmanlını,
Sanaraq qul sayağı etdilər Osmanlını,

Millətə oldu çıraq – Mustafa Kamal Atatürk,
Açdı tarixə varaq – Mustafa Kamal Atatürk.

Gah rus, gah ingilis, gah da fransız gəldi,
Yurdu ram eyləməyə neçə amansız gəldi?
Dövlətə xain çıxan erməni qansız  gəldi,
Yağlı kökə arayan bir  çox imansız gəldi,

Xalqı xilas elədi – Mustafa Kamal Atatürk,
Millətə hürr dilədi – Mustafa Kamal Atatürk.

O ki, Türk dünyasının özünə Günəş oldu,
Yaralı torpağının könlünə atəş oldu,
Biçdi düşmənlərini – yerində küləş oldu,
Önündə yağıları hey tökülüb qəş oldu,

Aldı silahı ələ – Mustafa Kamal Atatürk,
Xəbəri düşdü elə – Mustafa Kamal Atatürk.

Ya Vətən, ya Bayraq dedi, atıldı savaşa,
Son qoydu ana, bacı gözündəki qanlı yaşa,
Əymədi millətini, vermədi rəvac təlaşa,
Tökdü ərlər qanını kişi təki dağa, daşa,

Oldu millətə çıraq – Mustafa Kamal Atatürk,
Açdı tarixə varaq – Mustafa Kamal Atatürk.

O, Türkün namusunu qoymadı yensin ayağa,
O böyük tarixini vermədi ensin ayağa,
Döndü Qaradənizin sinəsi bir mayağa,
Gətirdi qüdrətiylə şan və şərəf bayrağa,

Titrətdi Avropanı – Mustafa Kamal Atatürk,
Sandı Vətəni canı – Mustafa Kamal Atatürk.

Kəsdi  Xaç yürüşünün qarşısını qüdrət ilən,
Getdi düşmən önünə pələng kimi həddət ilən,
Şərəfi dünyaya düşdü elə bir vüs‘ət ilən,
Qaldı həqqi sevənin sinəsində izzət ilən,

İslama nur çilədi – Mustafa Kamal Atatürk,
Yaraları bələdi – Mustafa Kamal Atatürk.

Döndü Çanaqqalanın döyüşü bir dastana,
Düşdü yağıların ürəyi zimistana,
Osmanlı torpağını çevirdi gülüstana,
Vermədi xəzan gələ baharında bostana,

Ərdi, türk övladına – Mustafa Kamal Atatürk,
Çatdı Ata adına – Mustafa Kamal Atatürk.

O Fərid Sultanı da qoymadı çöksün yada,
Olmamaqçın təslim atdı özünü oda,
Dedi:-« Tək taxtına yox, bu Vətənə bir qada »,
Yetdi vaxtında igid millətinə imdada,

Elə işıq oldu – Mustafa Kamal Atatürk,
Yurda aşiq oldu – Mustafa Kamal Atatürk.

Şadiman, bu  İgidi  vəsf  eləyər  zamanlar,
Onu  səcdəyə  gələr  həqq  arayan  imanlar,
Gülər  tarix  adına, edər  ona  peymanlar,
Hələ  hər  gün  doğular  bu  şərəfə  fərmanlar…

Anadan təkdi belə – Mustafa Kamal Atatürk,
Doğmayıb ana hələ – Mustafa Kamal Atatürk !…

19. 05. 2004

Şirinxanım Kərimbəyli Şadiman
Qüzey Azərbaycanı-Bakı

 

 

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s