İstiqlalın Sorağı, İstiqlalımızın Öndəri Məhəmməd Əmin Rəsulzadəyə

Azərbaycan davasiyla gəzdin ölkəbəölkə,
Hər cür ağrı-acılara dözdün ölkəbəölkə,
Pak bağrını əzablarla üzdün ölkəbəölkə,
İstiqlalı ürəyində yaşatdın, Məmməd Əmin,
Qəlbdə şanlı heykəlini ucaltdın, Məmməd Əmin.

Ey millətin fədaisi, ey başı uca öndər,
Köləliyə üsyan dedin, düşdün yurddan dərbədər,
Yaratdığın Cumhüriyyət sanma ki, oldu hədər,
Könlümüzün şərəf dolu havası Məmməd Əmin,
O himn ki, dilimizin duası Məmməd Əmin.

O üç rəngli ay-ulduzun başımızın üstündə,
Ucalacaq bu torpaqda heykəlin də, büstün də,
Keçdin hər cür qan-qadadan bu Vətənin üstündə,
Mirvari ki, parlaq olur sədəflə Məmməd Əmin,
Tarixlərə düşdü adın şərəflə Məmməd Əmin.

Ey taleyi məhkum olmuş Məmləkətin övladı,
Avropada aha döndü dilinin haqq fəryadı,
Sən qorudun kişiliklə o o müqəddəs pak adı,
Qürbətlərdə Vətən deyib alışdın Məmməd Əmin,
Bağrımızın atəşinə qarışdın Məmməd Əmin.

Qurduğunuz istiqlalın havası başımızda,
Çəkdiyimiz sitəmlərin ahı göz yaşımızda,
Kölə olduq, qana batdı hər zərrə daşımız da,
Əsirliyi dada-dada qul olduq Məmməd Əmin,
Selə düşmüş çay daşıtək oyulduq Məmməd Əmin.

Əyilmədin qul olmadın yağılara heç zaman,
Qulpərəstlərtəki, Öndər, diləmədin ah-aman,
İman əhli olanları tərk eləyərmi iman?
Ey imanı kamil başçı, yağı hiyləsi yaman,
Didərginlik fərağına tuş oldun, Məmməd Əmin,
İstiqlalın mayağıtək faş oldun, Məmməd Əmin.

Azərbaycan istiqlalın dünyaya elan etdin,
Dağıtdılar amalını sonatək nalan etdin,
Üç rəngli pak bayrağı, himnini balan etdin,
On səkkiz ay hür tarixin könlünə qalan etdin,
Qəlbimizin səmasında günəşsən, Məmməd Əmin,
Azadlığın səmasına atəşsən, Məmməd Əmin.

Qurduğunuz Cumhüriyyət yenidən ucalıbdı,
Sevmədiyin köləliyə millət zəfər çalıbdı,
Başıbəlalı məmləkət öz haqqını alıbdı,
Adın, ey ulu Öndərim, tarixlərdə qalıbdı,
Ruhun azad uça bilər Vətəndə, Məmməd Əmin,
Pak olur qəlbdə hüriyyət bitəndə, Məmməd Əmin.

Səni tarix yaşadacaq böyuk əməllərinlə,
İstiqlal yoldaşlarınla hürr qurdun əllərinlə,
Qaldın tarix sinəsində üsyankar illərinlə,
Ürəyində yara açdı dərd kölə ellərinlə,
Məzarın Türk torpağında qalıbdı, Məmməd Əmin,
Ruhun ana Vətəndə yurd salıbdı, Məmməd Əmin.

Novxanıdan qanadlandın istiqlal səmasına,
Könlümüzdə bir ocaq var o günəş təmasına,
Tuş olubdu çox diləklər taleyin əmmasına…
İlahi də imza qoyub köləliyin yasına,
Əsir olmuş torpağımız alına, Məmməd Əmin,
Şanlı himn qul Şuşada çalına,Məmməd Əmin.

Bu Şadiman, ey Öndərim, istiqlala can deyir,
Öz qanını azadlığın yolunda qurban deyir,
Sənə arxa çevirənə savaş deyir, qan deyir!
Yumruq boyda ürəyinə haqq yolunda yan deyir,
Bayrağımın, himnimin çırağı, Məmməd Əmin,
İstiqlalın on səkkizdən sorağı, Məmməd Əmin.
Şirin xanım Kərimbəyli Şadiman
21.01.2002

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s