Həqİqət Nə Qədər Acı Olsa da…

  Türk  dünyası  ilə  bağlı, ələlxüsus son  vaxtlar  Türklüyümüzün  qürur  ocağı  olan  Türkiyə  ilə  əlaqəli  baş  verən  hadisələr  digər  Türk  yazarlar  kimi  ürəyimi  yerindən  oynatdı. Fransa  dövlətinin  Türkiyə  qarşı,  bütünlükdə  Türklərə  tuşlanmış  məlum  qərarına  rəğmən   bu  ürək  ağrıdan  haqsızlıqla  bağlı  fikirlərimi  qələmə  almaq  xəyalına  düşdüm. Əlbəttə  ki, bir  siyasi  icmalçı  kimi  yox, bir  yazar  kimi…

        İndi  çox  şairlərimiz  öz  yazılarında  Türk  Dünyasının  parlaq  keçmişini  vəsf  edirlər. Bunula  mən  razıyam, bəli  Türk  dünyasının  keçmişi  parlaq  idi. Bəzi-bəzi  yazarlarımız  bu  parlaq  keçmişə  uyaraq, artıq  21-ci  əsri  Türk  əsri  elan  edirlər. Mənə  elə  gəlir  ki, Türk  əsri  elan  etməmişdən  öncə  onun  çətinliklərini  həll  etmək  lazımdır.

         Baxaq,  müasir  Türk  Dünyası  hansı  dövlətlərdən  ibarətdir  və  Türk  dünyasını  nə  gözləyə  bilər?  Ən  böyük  və  güclü  olan  dövlət  Türk  dünyasında  Türkiyədir. Türkiyə  Sovetlər  Birliyi  dağılmayana  qədər  yeganə  müstəqil  Türk  dövləti  idi. Sovet  Rusiya  imperiyası  dağılandan  sonra  Quzey  Azərbaycan, Türkmənistan, Özbəkstan, Qazaxstan, Qırığızstan  kimi  müstəqil  dövlətlər  yarandılar. Müasir  zamanda  bu  Türk  dövlətləri  əsas  Türk  dünyasını  təşkil  edirlər.  Habelə  İran  dövlətində  çoxsaylı  cənubi  Azərbaycan  Türk  icması, Rusiya  dövlətində  Tatarstan, Başqurdstan, kiçik  Sibir  Türk  xalqları, Ukrayna  dövlətində  Kırım tatarları, Moldovada  Qaqauzlar  yaşayırlar. Əksər  Türk  xalqları  islam  inancında  olduğu  üçün  İslam  dünyasının  problemləri  demək  olar  ki, Türk  ölkələrinin  də  problemi  hesab  olunur.

            Rus  Sovet  imperyası  dağılandan  sonra  demək  olar  ki, hər  təzə  bir  ölkədə metropoliya  problem  yaratdı  və  onlar  tüstülənir. Nə  vaxt  isə  onlardan  böyük  yanğın  əmələ  gələ  bilər. Məsələn  Moldovada  Dnestr  ətrafı  rus  qondarma  respublikası, Gürcüstanda  Abxaziya  və Cənubi  Asetiya, hansı  ki, ruslar  artıq  öz  bölgələrinə  döndəriblər. Azərbaycanda Dağlıq  Qarabağ  rusların  köməyi  ilə  haylar  tərəfindən  işğal olunmuş  bölgə, Qazaxstanda  49% əhali ruslardır, Qırğızstanda  və  Özbəkstanda  gərginlik  rusların  əlindədir, Türkmənistanın  qaz  kəmərləri  olmadığına  görə  ücüz  qiymətə  qaz  satmaq  məcburiyyətindədir. Türkiyə  neçə  vaxtdır  rusların  yaratdığı  və  silahlandırdığı PKK-ya  qarşı  hərbi  əməliyyatlar  aparır  və  bu  qarşıdurma  illərdir  davam  edir. Əslində \\ kürd  əsilli  vətəndəşlar  Türk  dövlətinə  qarşı  terror  əməlləri  törədirlər  və  öz  dövlətlərinə  xain  çıxırlar. Bu  nə  vaxta  qədər  davam  edəcək  bilinmir. İraqda  Kərkük  elləri – Türkmənlər  böyük  təzyiq  altındadırlar. Demək  olar  ki, hər  an  terror  basqıları  ilə  üz-üzədirlər. Bütün  bu  sadaladıqlarımdan  görünür  ki, 21-ci  əsr  o  vaxt  Türk  əsri  ola  bilər  nə  vaxt  ki, Azərbaycanın  futbol  komandası  dünya  çempionu  olsun. Yəni Azərbaycanın  futbolda  dünya  çempionu  olmağı  necə  çətin  görünürsə,  21-ci  əsrin  türk  əsri  olması  o  dərəcədə  çətindir.

         İndi  Türk  dünyası  nəinki  dünyanın  lideridir, hətta onlar  üçün öz  torpaqlarını  əllərində  saxlamaq  böyük  problemlərə  çevrilib. Müasir  dünya  orta  əsr dünyasından  çox-çox  fərqlidir.  Necə  ki, yer  göydən  fərqlidir. Amma  bir  gerçəklik  qalır,  hansı  ki,  hər  zaman  işlənib  və  işlənəcək. Bu  güc  faktorudur. İstəyirsən  səninlə  hesablaşsınlar – GÜCLÜ OL! Bəs  indiki  zamanda  necə  güclü  olmaq  olar? Kim  indi  güclüdür? Böyük  rus  filosofu Berdyaev  demişdir: «Xalq  kəmiyyət  deyil – keyfiyyətdir.»

         Bəs  keyfiyyətli  xalq  olmaq  üçün  nə  etmək  lazımdır? Keyfiyyətin  açarı  hər xalqın  özündə  gizlənib. Müasir  dünyaya  baxsaq  görərik  ki,  ən  güclü  dövlətlər  elmi  inkişaf  etmiş  ölkələrdir. Və  o  ölkələrdə  orta  savad  çox  yüksək  dərəcədədir. Gəlin  müsəlman ölkələrinə  diqqət  edək. Biz  elə  müsəlman  ölkəsi  tapmarıq  ki, inkişaf  etmiş  ölkələrlə elmi  cəhətdən  rəqib  ola  bilsin. Şübhəsiz  ki, müsəlman  ölkələrdən  də  istedadlı  alimlər  çıxır. Amma  onlar  öz  istedadlarını  inkişaf  etdirmək  və  yaşatmaq  üçün  ya  Avropada,   ya  da  ABŞ-da  tədqiqat  institutlarında  çalışırlar. Bu  zəngin  ölkələri  daha  da  zənginləşdirirlər. Vaxt  ötdükcə  özləri  də  avropalaşırlar, amerkanlaşırlar, ola  bilsin ki, hətta  dinlərini  də  dəyişirlər.

         Əsil  təhsil  ucuz  başa  gəlmir,  böyük  pullar  tələb  edir. Müsəlman  ölkələrə  təbii  sərvətlər  baxımdan  Allah  imkan  verib, çox  müsəlman  ölkələr  neftlə  zəngindirlər. Çox  müsəlman  ölkələr  maliyyə ilə  artıqlamasıyla  təmin  olunublar. Ancaq  heç  bir  müsəlman  ölkəsini  qabaqcıl  avropa  ölkəsinən  və  yaxud  ABŞ-nan  elmi  cəhətdən  müqasiyə  etmək  olmaz. Çünki müsəlman  ölkələri  maliyyələrini  gözəl  sarayların,  şəhərlərin, avtomobil  yollarının  tikilməsinə, habelə  qızıl,  zinət, bahalı  avtomobillərin  alınmasına  və  sairə  xərcləyirlər.  Bəlkə  bu  sərvətlər  də  onların  ən  böyük  cəzasıdır  ki, bu  sərvətlərə  arxayın  olub  elmə  baş  işlətmirlər. Neftnən  zəngin  müsəlman  ölkələrinin  rəhbərləri  başa  düşməlidirlər  ki, heçnə  daimi  deyil. Neft  də, qaz  da,  pul  da  tükənər  və  inşa  olunmuş  çox  mərtəbəli  hündür  binaları  vaxt  gələr  ki,  istismar  etməyə  heç  pul  da  tapılmaz. Və  bu  ölkələrin  kasıb  əhalisi  daha  da  kasıb  olacaq, müflisləşəcək.  Milyonları  yığanlar  da  hansı  isə  Avropa  ölkəsinə  köçüb  gedəcək. Bizim  bir  xalq  şairi  yazan  kimi – harda  sənə  yaxşıdır,  ora  Vətəndir. Vəziyyət  o  dərəcəyə  gəlib  çıxa  bilər  ki, nəinki  sərhədləri  qorumaq, hətta ölkə  əhalisiz  qalar  və  dünya  xəritəsindən  adı  silinə bilər.

            Amma  Azərbaycan  üçün  neftdən  gələn  gəlirləri  təhsilə  qoymaq  hələ  gec  deyil. Axır  vaxtlar  ali  məktəbləri  bitirən  diplom  sahiblərinin  sayı  xeyli  artıb, ancaq  savadlıların  sayı  xeyli  azalıb. Biz  əgər  istəyiriksə  dünya  iqtisadiyyatına  inteqrasiya olunaq,  onda  iqtisadiyyatın  hansısa  bir  hissəsində  texnologiya  üzrə  elm  sahibi  olmalıyıq. Başqa  ölkələrin  də  marağı  olsun  ki,  bizim  ölkədə  icad  olunmuş  texnologiya  patentini  bizdən  pul  ilə  alsınlar.

          Türk  dünyasının  zəifliyi  göz  önündədir.  Bunu  bu  yaxınlarda  Fransa  açıq-aşkar  çıxartdığı  qərarla  bütün  dünyaya  bəyan  etdi. Onların  parlamenti, senatı  və  prezidenti ermənilərin  yalançı  genosid  məsələsini  qəbul  etdilər və  ölkədə  kim  onlarla  razılaşmasa  45  min  evro  cərimə  gözləyir. Əgər  Fransanın  Türkiyəyə  və  yaxud  türk  dünyasına  ehtiyacı  olsaydı,  yəqin  ki,  belə  biabırçı  qanun  qəbul  etməzdilər. Orda  nə  insan  hüquqlarına, nə  fikir  azadlığına,  nə  də söz  azadlığına  riayət  etmədilər.  Bu  necə  ola  bilər  ki, Fransada  Rəbbi  tanımamaq  olar, ona  deyirlər  «vicdan  azadlığı»  onun  üçün  sənə  heçnə  olmaz, amma qondarma  erməni  soyqırımı  tanımsan (Çox  güman  ki,  bu  qanun  orda  yaşayan  türk  əsillilərə  qarşı  düşünülmüş  bir  qanundur.) səni  böyük  məbləğdə  cərimə  gözləyir, deməli,  qondarma  erməni  genosidi  Rəbbin  varlığından haqlıdır. Bütün  bu  baş  verənlərdən  nəticə  çıxarmaq  lazımdır  ki,  demokratiya, söz  və  fikir  azadlığı,  ancaq  hegemon  ölkələlərə  aiddir.  Hegemon  dövlətlər  hesablaşmaq  istəmədikləri  ölkələrlə  hər  nə  ağıllarına  gəldi  törədə  bilərlər… Onda  belə  nəticəyə  gəlmək  olar  ki, bizim  sağ  qalmağımız, yaşamağımız,  ölkəmizin  dünya  xəritəsində  qalması  onların,  yəni  hegemonların  mərhəmətindən  asılıdır! Ölkəmiz  Azərbaycan  müstəqil  ölkə  sayılır, amma  onun  20%  torpağını,  bizim  torpağlarımızın  hesabına  yaranmış  Ermənistan, Rusiyanın  köməyi  ilə,  zəbt  edib və  bizi  məcbur  edirlər  ki,  ermənilərlə,  hansı  ki, bizim  torpağımızı  ələ  keçirən  işğalçıyla  sülh  yoluynan  məsələni  həll  edək.  Bu  lap  rus  şairi  Krılovun  təmsilinə  oxşayır. Vaska pişik  xamanı  oğurlayıb  və  qalxıb  bir  əlçatmayan  yerə, yiyəsi  bunu  görəndə  başlayıb  onu  utandırmağa  ki, bəs  oğurluq  yaxşı  iş  deyil, ancaq  pişik,  yiyəsinə  qulaq asa-asa  yeməyə  davam  eləyib.

       Hər  vaxt  Azərbaycan  tərəfindən  məsələ  qalxanda  ki,  bəs  bizim  torpaqlarımızı  hərb  yolu  ilə  almaq  hüququmuz  var, o  saat  Azərbaycana  qarşı  həm  Amerkadan, həm  Avropadan, həm  də  Rusiyadan  barmaq  sirkələyirlər. Rusların  prezdenti  Medvedev  açıq-aşkar  deyir  ki,  « biz Gürcüstanla  neylədik  onu  xatırlayın, sizi  ondan  da  pis  günə  salarıq.» Bu  da  çılpaqlığı  ilə göstərir  ki, azadlıq  da, müstəqillik  də, ancaq  bir  neçə  güclü  ölkələrə  aiddir. Amma  bizim  bəzi-bəzi  gənc  azərbaycanlılarımız  avropalılaşmaq  üçün,  hətta  öz  dinindən  keçməyə  hazırdır, bəziləri  təzə  peyğəmbərlər  yaradır, bəziləri  isə  xristianların  yaxşı-pis  bütün  hərəkətlərinə  pərəstiş  edirlər, və  bizim  bugünki  vəziyyətimizin  günahını  müsəlmançılıqda  görürlər. Bu  dar  düşüncədir. Anlamaq  istəmirlər  ki,  din  təkcə  inanc  yeri  yox, həm  də  hər  bir  millətin  həyat  tərzidir, bütünlükdə  onun  tarixidir, mənəvi  aləmidir. Bizim  geriliyimizin  səbəbi  dində  yox, elmə  fikir  verməməyimizdə, daha  doğrusu, kobud  şəkildə  desək – elmsizliyimizdədir. Və  yaxud  elmə  dırnaqarası  baxmağımızdadır.

    İndiki  İran ABŞ münaqişəsi  niyə  yaranıb? İran  nüvə  fizikası  elminə  yiyələnib,  hansı  ki  böyük  xaçpərəst  ölkələr  sayır  bu  ancaq  onlara  aiddir,  bu  elmi  ancaq  onlar  inkişaf  etdirə  bilərlər.

Bu  da  belə,  ey  21-ci  əsri  «Türk  əsri»  elan  edən əziz  şairimiz, yekun  ondadır  ki, indiki  zamanda  türk  xalqları  rus  atalar  məsəlində  deyildiyi  kimi «fikiri  yağlanmağa  yox,  sağ  qalmağa  yönəltməlidir.» Sonda  onu  demək  istəyirəm  ki, əziz  türk  əsillilər, biz  yer  kürəsində  sağ  qalmaq  istəyiriksə, azad  və  müstəqil  fikir  sahibi  olmaq  istəyiriksə, onda  sayımızı  yox, elmimizi  artırmalıyıq. Elmli  millətlər  güclüdür.

HAQLI  OLMAQ  İSTƏYİRSƏNSƏ, GÜCLÜ  OL! GÜCLÜ  OL!…

Şirinxanım Kərimbəyli Şadiman

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s