DÜŞMƏNİ KÖKSÜNDƏN VURDUN, MÜBARİZ

İnternetdə, erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı, cəsur əskərimiz Mübariz İbrahimovun nə‘şi nümayiş etdirilir.

Meyitimizdən qisas alan düşmənin alçaqlığı və qorxaqlığı göz önündədir.

Bütün dünya buna tamaşa edir!

Səssiz, lal, sükut içində…

Çəkdin yağıların sinəsinə dağ,
Nərəndən titrədi əsir Qarabağ,
Nədən qürurluyuq ölüyük, ya sağ?!
Bu dərddən kükrəyib durdun, Mübariz,
Düşməni köksündən vurdun, Mübariz.

Qisasın yolunu öyrətdin bizə,
Mənfur iblislərə nifrətin nizə,
Yaradan bu şərdən xilası çözə,
Dərdi nə ağırmış yurdun, Mübariz?
Düşməni köksündən vurdun, Mübariz.

Yetdin şəhidliyə şir ürəyinlə,
Mübarək bahadır, pir ürəyinlə,
Əlləşdi, vuruşdu sirr ürəyinlə,
Bu sirdən bir tarix qurdun, Mübariz,
Düşməni küksündən vurdun, Mübariz.

Dur, EY VƏTƏN OĞLU, boyuna qurban!
Elinə, kökünə, soyuna qurban,
Heç vaxt olmayacaq toyuna qurban,
Bağrından boylandı qurdun, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.
Meyitdən qisası alan cəlladlar,
Şər olan yerlərə qədəmin adlar,
Tarixə köçəcək müqəddəs adlar…
Qeyrətçin keşikdə durdun, Mübariz,
Düşməni köksündən vurdun, Mübariz.

Çingiz harayına qarışdı sədan,
Əsir Ramildənmi gəldi haqq nidan?!
Yaralı Vətəndən hər gün qəm udan,
Avtomatın oldu ordun, Mübariz,
Düşməni köksündən vurdun, Mübariz.

Xain hiyləsindən heç vaxt dönməyir,
Ya kin-küdurəti bir an sönməyir,
Yağı sinəsində qəlb döyünməyir,
Qisası qisasdan sordun, Mübariz,
Düşməni köksündən vurdun, Mübariz.

İgidim, olmusan məşhuri-cahan,
Şəninə söyləyir yer-göy də sübhan,
Can şəhidim deyir dil-dodaq, dəhan,
Canların içində qordun, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.
İnternet saytı nə‘şinə çıraq,
Verir cəsurluqdan nə‘şin də soraq,
Biz də sənə baxıb tilsimi yaraq,
Divin şüşəsini qırdın, Mübariz,

Düşməni köksündən vurdun,Mübariz.
Atanın, Ananın, Vətənin canı,
Nə şərəfli etdin Azərbaycanı,
Şadiman şeir edir hiss-həyəcanı,
Könlün misra-misra sardın, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.
Düşməni köksündən vurdun, Mübariz.

18.08.2010
Şirinxanım Kərimbəyli Şadiman

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s