Adının Üstündə Böyüyən İgid Mübariz İbrahimov

Dayansın boz qurdum, çaşdı xəyalım!
Bir içim su verin, pozuldu halım!

Türk oğlu yerlərdə qalıb, dardadır!
Tezcə soraq salın, Mete hardadır!?

Hardadır Atilla, o yel qanadlım?
Oğuz tayfalarım, süvarim, atlım?

Bilgə Xaqan sorun, nə yol göstərir?
Düşmən tapdağında yaram qan verir!

Yer xan, Göy xan gəlsin üstümə mənim!
Ulduz xan yetişsin tüstümə mənim!

Qorqud ərənləri qurtardımı de?
Fatehlər doğulan diyardımı de?

Məmləkətim niyə qul oldu yada?
Nə idi günahım fani dünyada?

Aslanlar aslanı Teymur-Ləng hanı,
Ey bəşər övladı, sən türkü tanı!

Manas gələr sənə divan etməyə!
Əlində qılıncı cövlan etməyə!

Sultan Bəyazidi yadına sal bir,
Unutmusan deyən, sayğısız səfil!

Topun lüləsini kəsən İsmayıl,
Doğrayar bu ərzi, yatmısan, ayıl!

Şah babamdan qürur, ad qalıb mənə!
Qəhrəmanlıq ölmür, kafir, bilsənə!

Fateh dünyaları fəth eyləmişdir,
Yurdu qorumağı əhd eyləmişdi!

Babək, Cavanşirdir qürurum mənim!
Yasar, olacağıq canına qənim!

Koroğlu silkələr ərzi, bunu bil!
Özgə qismətinə göz dikən qafil!

Həzilər, Mehdilər doğan xalqdı bu,
Aslanı döyüşdə boğan xalqdı bu!

Səttar xan, Bağır xan qulağı səsdə,
Sanki Təxti çıxdı dəmir qəfəsdən!

Qəhrəman Mübariz dadıma, çatdı!
Min ildir alışan oduma çatdı!

_______________________________

Mübariz İbrahimov

Ər ana doğmuşdu bu ər oğulu,
Yazıram adına mərdlik nağılı!

“Ağ atlı oğlan”dı sevdiyi nağıl,
Koroğlu gücüylə böyüdü oğul!

Atası qəhrəman böyüsün deyə,
Mübariz adını verdi körpəyə.

Nağıllarla yaşa doldu qəhrəman,
Oğul təki verdi yurda imtahan!

Ana qürur duyur onun adıyla!
Vətən fəxr eyləyir bu övladıyla!

Aldı yağıları başına igid,
Çaldı torpağıma, daşıma igid!

Mübariz sevdiyi torpaqdı, torpaq,
Üstündə düşmənlər yeriyir ancaq!

Torpağın haqqı var, yerin haqqı var,
Təəssüf, bilməyir bunu bu yasar!

Əmanət qoymuşam o yurdu, bilin!
Ordakı ruhlar da bir ordu, bilin!

Bir vaxt duracaqdır ayağa ruhlar!
Çarən olmayacaq o zaman yasar!

Vətən torpağını sevən igidlər!
Eşit, olacaqlar bir gün səfərbər!

Ruhlar oğullara yar olacaqdır!
Bu dünya başına dar olacaqdır!!

Unutdun haqqımı yaramaz dığa!
Çörək verdik nahaq sən tək alçağa!

Xalqın bağırından qopan oğullar!
Sənin pisliyini sanma unudar!

Udmadı etdiyin yamanlıqları,
Mübariz – bu yurdun fəxri, vüqarı!

Çox-çox mübarizlər yatır kölgədə,
Axırın çatıbdır, ey haramzadə!

İtil torpağımdan, çəkil geriyə!
Qorx o gündən, yatmiş vulkan yeriyə!

Alıb qasırğalar, süpürər səni,
Əjdaha çeynəyib tüpürər səni!

Səbrin də həddi var, gözlə düşmənim!
Deyəcək sözümü mərdlərim mənim!

Olacaq tayfana əsgərim qənim!
Məğlub olmaz sənə Vətənim mənim!

_______________________________-

Mübariz, adınla fəxr etdim, inan!
Yüz ili bir gündə fəth etdin, inan!

Səninlə öyünür ana Vətənim!
Yurdun düşməninə sən oldun qənim!

Adın əsrlərə yazıldı şahid!
Şərəfli igidsən, sərəfli şəhid!

Türkün yaddaşında nur kimi saçdın!
Adınla bir yeni səhifə açdın!
Bir göz qırpımında hədləri keçdin!
Sayqısız düşməni atəşlə biçdin!

Sərdin zərbələrlə yağını yerə!
Nümunə göstərdin o gün bəşərə!

Təkbaşına çaldın düşmənə zəfər!
Mərdliyin söyləndi dillərdə əzbər!

Getdiyin yollar da köməyin oldu,
Bu sənin öz arzun, istəyin oldu,

Türklüyün adını qaytardın geri!
Eşqini, odunu qaytardın geri!

Adına min əhsən söylədi dillər!
Azəri yurdunu tanıdı ellər!

Cənnət məkanında sən rahat uyu!
Ey igid millətin igid, ər oğlu

__________________________________

Ərlərin adını yaşadır ellər!
Eşqinlə döyünür bu gün könüllər!

Çoxlu mübarizlər yetirər Vətən,
Qəhrəman, adınla fəxr edirəm mən!

Susdurdun igidim neçə haqsızı,
Bu ana torpağın oğulu, qızı,

Ruhuna rəhmətlər oxuyur sənin!
Qəlblərdədir hər vaxt yerin, məskənin!

19 oktyabr 2010
Zərəngiz Dəmirçi Qayalı

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s