Azərbaycanda ilk “ƏRGƏNƏKON” törəni

Bu günlərdə Azərbaycanda ilk dəfə bir qrup millətçi gəncin səyi nəticəsində “Ərgənəkon” törəni keçirildi. Törən “Mübarək” şadlıq sarayında təşkil olunmuşdu. Bu möhtəşəm tədbirin keçirilməsində məqsəd millətçi ruhun daşıyıcısı, son nəfəsini belə düşünmədən Vətən, Millət uğrunda savaşmaq əzminə sahib, sözdə deyil, əməlində bozqurd olan Azərbaycan Türk gənclərini bir araya toplamaq idi.
Törənə yetmiş nəfərdən çox iştirakçı qatılmışdı. Tədbirə təşkilatlar səviyyəsində də dəstək verilirdi. Belə ki, bayram tədbirindəki qonaqlar Dünya Azərbaycanlıları Konqresi İdarə Heyəti, DAK Qadınlar Şurası və DAK Gənclər Təşkilatı, “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi və digər təşkilatlar səviyyəsində təmsil olunurdular. Önəmli məqamlardan biri də cəmiyyətdə tanınmış ziyalıların törənə qatılması idi.

Bakı Dövlət Universitetinin professor-müəllim heyətindən Vaqif Sultanlı, Almaz Əliqızı, Nüşabə Sadıxlı, Fikrət Əlizadə, Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Nizami Məmmədov, Qarabağ qazisi, kəşfiyyatçı Rey Kərimoğlu, politoloq Taleh Əliyev və s. bu kimi dəyərli şəxslərin iştirakı və çıxışları törəni coşdurdu.

Törənin əsas təşkilatçısı hər zaman gördüyü işlərlə millətçi gənclər arasında özünəməxsus yeri olan Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri və “Yeni Nəfəs+” qəzetinin qurucusu və başqanı Seymur Həsənli idi. Onunla yanaşı millətçi gənclərdən olan Hüseyin Günəşli, Nicat Cəbili, Cavid Barış, Mehman Həsən və digər gənclər tədbirin ərsəyə gəlməsində yaxından iştirak etdilər. Törən keçirilmədən öncə yayımlanan elanlarda ev sahibi qismində heç bir təşkilatın adından istifadə edilməyəcəyi bildirilmişdi. Bununla belə özlərini gənclər təşkilatı və ya millətçi gənc, bozqurd adlandıranlar dəvət edilmələrinə baxmayaraq müxtəlif bəhanələrlə törənə gəlməkdən yayındılar. Bədii şəkildə ifadə etsək, 14 mart tarixindəki törəndə hər kəs savaş meydanının qurd ürəkli bozqurdlarını bir daha gördü və beləcə kimlərin əməldə millətçi olduğu bir daha təsdiqləndi.

Törəni giriş sözü ilə açan Seymur Həsənli qonaqları təbrik edərək tədbirin təşkil olunmasında məqsədi açıqladı. Daha sonra söz alan DAK fəxri sədri, professor Qulamrza Səbri Təbrizi iştirakçıları təbrik etdi və bu törənin önəminin ölçüyəgəlməz dərəcədə olduğunu vurğulayaraq, gənclərə təşəkkürünü bildirdi. DAK GT-nın sədr müavini Hüseyin Günəşli Ərgənəkon gerçəkliklərini tarixi və bədii aspektdən açıqlayaraq qonaqların diqqətinə çatdırdı. Törənə öz iştirakı ilə önəm qatan , “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrət bu tədbirin nəinki Azərbaycan, bütün Türk dünyası üçün əhəmiyyətini vurğuladı və təşkilatçılara öz minnətdarlığını bildirdi. Daha sonra politoloq Taleh Əliyev, BDU-nun professoru Almaz Əliqızı, Nüşabə Sadıxlı və Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Nizami Məmmədov və digər dəyərli ziyalılar öz təbriklərini səsləndirdilər.

Bundan başqa meydana gənclər ordusu da çıxış üçün təşlif buyurdu. Nərmin Məmmədli, Zümrüd Rzazadə, Dilşad Səmədli, Orxan Əlirzayev, Sənan Qaracalı, Fuad Musabəyli, Səbuhi Turançı, Mehrac Həsənli, Ruslan Əhmədov, Elşən Edilov, Nicat Qurbanov, Roman Hüseynzadə, Əjdər Ərhun, Rahib Heydər, İsmayıl Qulusoy, Cəlil Mürsəlli, İlkin Cəfərov və s. gənclər çıxış edərək müxtəlif şüarlar səsləndirdi. Füzuli rayonunda hərbi xidmət çəkən və məzuniyyətə gələrək törənə qatılan Alirza Mədətoğlunun çıxışı da iştirakçıların diqqətinə səbəb oldu. Millətçi şair Elşad Ərşadoğlunun alovlu şeiri iştirakçıları daha da coşdurdu.

Törəni millətçi sənətçilərdən Şəmistan Əlizamanlı, Əlirza Amanbəyli, Yaqut Qarabağlı və digərləri öz musiqi parçaları ilə daha da rövnəqləndirdilər. Milli rəqslər, xüsusən də Türk Millətinin birlik və bərabərlik rəqsi olan “Yallı” isə törəni əməlli-başlı coşdurdu. Əl-ələ tutan gənclər və qonaqlar bu rəqsi birlikdə ifa edərək ayrıca əzmkarlıq nümayiş etdirdilər.
Tədbirin ən yadda qalan məqamlarından daha biri də Bozqurd tortu idi. Belə ki, qonaqlar hər zaman alışdıqları şablon tortun yerində üzərində qaya üstündə dikəlmiş Bozqurd olan tortla qarşılaşdılar. “Bozqurd türk millətinin simvoludur, o bölünməz” deyə bildirən Seymur Həsənli tort üzərindəki bozqurdu çizdikdən sonra o kəsilərək qonaqlara sunuldu.

Törənin keçirildiyi salon tamamilə Azərbaycan və üzərində bozqurd rəsmi əks edilmiş bayraqlarla bəzənmişdi. Milli ruhda keçən tədbir artıq Qazaxıstan, Türkmənistan, Türkiyə və digər ölkələrdə səs-küy doğurub. Belə ki, bu ölkələrdə yerləşən təşkilatlar, komitələr törənin video-çarxlarının, şəkillərinin tezliklə onlara göndərilməsini istəyirlər. Hal-hazırda tədbirin internet şəbəkəsində və KİV-də təbliğatı məhz gənclər tərəfindən könüllü şəkildə həyata keçirilir. Bu isə törənin önəmliliyini və ona verilən dəyəri bir daha ortaya qoyur.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s