Elçibeyçi Düşünce Sistemi

Elçibeyçi düşünce sistemi

“Türklük, Çağdaşlıq, İslam” düşünce cereyanları üzerinde qurulmuş milli ülkümüzün gelişme tarixinde Klassik Turançılıq ve Yeni Turançılıq dönemleri biri-birinden ferqlenir. 1890-1910-cu iller arasında nisbeten aparıcı mövqe tutan Klassik Turançılar dünyanın bütün türklerini bir millet sayır ve bu milletin unitar bir dövlet – Turan imperiyasında yaşamasını arzulayırdılar. Qaynaqlarda pantürkizm, panturanizm de adlandırılan Klassik Turançılığa göre, Osmanlı dövleti feth yolu ile dünyadakı bütün Türkleri özüne birleşdirmeli ve böyüyüb Turan dövletine çevrilmelidir.

Ancaq Birinci Dünya Savaşı Klassik Turançıların arzularının gerçekleşmesinin mümkün olmadığğını gösterdi, buna göre de Türk dünyasında mahiyyetce Klassik Turançılıqdan imtina edildi ve yaşamın gerçeklerine uyğun olaraq Türk milli ülküsünde Yeni Turançılıq dönemi başladıldı.

Yeni Turançılıq

Böyük yolbay M.E.Resulzadenin önderliyi ile ortaya çıxan Yeni Turançılıq dönemini Azerbaycan üçün iki aşamaya ayıra bilerik:
1.M.E.Resulzade aşaması
2.Elçibey aşaması

Yeni Turançılığın M.E.Resulzade aşamasında bir sıra yenilikler özünü gösterdi, özellikle romantik unitar Turan Dövleti yerine gerçekçi federalist Turan Dövleti hedefi ireli sürüldü, millet ve milliyet anlayışları bir-birinden ayırıldı. M.E.Resulzadeye göre, dili, dini, irqi, kökeni, tarixi, yurdu, töre-geleneyi ve s. eyni olan bir toplum milliyet; ümumi süur ve kollektiv iradeye malik olub dövlet quran, yaxud dövlet qurmaq ezminde israr eden bir milliyyet ise millet adlanır. Böyük yolbayın fikrince, “Milliyyet belli şertler ve olaylar sonucunda vücuda gelmiş statikbir varlıqdır; millet ise bu statik varlığın dinamik şeklidir”.

Buradan bele sonuca varılırdı ki, dünyanın bütün Türkleri şüurlaşmış dinamik bir varlıq yox, helelik şüurlaşmamış durğun(statik) bir varlıqdır – vahid milliyyetdir. Ona göre de bu şüurlaşmamış durğun milliyyetin unitar dövlet qurması var olan dünya düzeninde olumsuzdur. Eksine, Türk milliyyetinin ayrı-ayrı toplumları ümumi şüur ve kollektiv iradeye yiyelenmekle dinamikleşerek millet olmalı, özlerinin ayrıca, baxımsız dövletlerini qurmalıdırlar. Sonra ise türk uyqarlığına bağlı hemin baxımsız dövletler birleşerek Turan federasiyasını yaratmalıdırlar.

Müsavatçılıq

Klassik Turançılığı Yeni Turançılığa çevirerek Azerbaycana istiqlal qazandıran ve Azerbaycanı doğunun ilk Cümhuriyyeti meqamına yükselden M.E.Resulzade aşaması bilimde müsavatçılıq da adlanır ve qaynaqlara göre: “Müsavatçılıq – böyük Türk uyqarlığına bağlı, milli, uyqar, kişisel deyerleri menimseyen, hürriyyet, cümhuriyyet ve istiqlal idealına sadiq azerbaycan vetenseverliyidir ”.

Göründüyü kimi, müsavatçı düşünce sistemi: 1) Böyük Türk uyqarlığına bağlılıq; 2) istiqlal hedefleri ve 4) Azerbaycançılıq ilkesi üzerinde qurulmuşdur. Ancaq dönemininden ireli gelerek, M.E.Resulzade Azerbaycanın Quzeyine şamil edir ve çox ciddi önem verdiyi istiqlal, demokratiya hedeflerini mehz burada gerçekleşdirmeye çalışır, hemçinin böyük Türk uyqarlığına bağlılığı siyasal, iqtisadi, herbi… bağlılıqdan daha çox uyqar bağlılıq kimi götürürdü. Buna göre de M.E.Resulzadeni Türk Birliyini parçalamaqda suçlayanlar az olmadı. Ancaq “her şeyin zamana ehtiyacı var”(Elçibey) ve meselenin özülünün qoyuluşunda böyük yolbayın doğruluğunu az sonra tarix tamamile sübut etdi: siyasal tarix sehnesine mehz ayrı-ayrı Türk dövletleri çıxdı!

Çağdaş Müsavatçılıq

Yeni Turançılığın Elçibey aşaması özünden önceki M.E.Resulzade aşamasını sürdürdüyüne göre ve onu dolğunlaşdırıb tamamladığına göre çağdaş müsavatçılıq da adlana biler. Bu aşamada böyük yolbay Ebülfez Elçibey milli ülkümüze bütövlük hedefi getirmiş ve Baxımsız, Demokratik, Bütöv Azerbaycan uğrunda milli mübarizemizi hem bilimsel-baxışsal, hem de praktik-tecrübi baxımlardan daha da zenginleşdirerek çağdaş müsavatçılığı bir sistem kimi ortaya qoymuşdur.

Xarakterik özelliklerinden çıxış ederek çağdaş müsavatçılığı bele tanımlaya bilerik: “Çağdaş müsavatçılıq – böyük türk uyqarlığına bağlı, mill, uyqar ve kişisel deyerleri menimseyen, demokratiya, istiqlal ve bütövlük ideallarına sadiq Azerbaycan yurdseverliyidir”.
Göründüyü kimi, çağdaş müsavatçılıq daha çox:
– böyük Türk uyqarlığına bağlılıq;
–demokratiya;
–istiqlal;
–bütövlük hedefleri ve azerbaycançılıq ilkesi üerinde qurulmuşdur.
Burada yenilik bütövlük hedefidir ve Elçibeyçi düşünce sistemi dedikde de mehz bu bütövlük anlayışı nezerde tutulur. Bütövlük özülü üzerinde yükseldiyi üçün elçibeyçi düşünce sistemi azerbaycançılıq ilkesini quzeyli-güneyli Bütöv Azerbaycana şamil edir, M.E.Resulzade aşamasının demokratiya ve istiqlal hedeflerini tekce Azerbaycanın quzeyi üçün yox, hem de azerbaycanın güneyi üçün ireli sürür, hemçinin böyük Türk uyqarlığına bağlılığı yalnız uyqar bağlılıq kimi deyil, hem de siyasal, iqtisadi, herbi… bağlılıq kimi alqılayır ve dönemimizin evrenselleşme(qloballaşma) sürecine uyğun olaraq, “Avropa Evi” tipli federativ, yaxud da konfederativ Türk Birliyi “Turan Evi” anlayışını esas götürür. Elçibeyçi düşünce sisteminin bu önemli yenilikleri bezilerinin iddia etdiyi kimi, xeyala, xeyalperestliye yox, eksine zaman, mekan, güc amilleri üzre sayılıb aşamalara ayrılmış strateji palanlaşdırmaya ve geosiyasi maraqlara söykenir.

Elçibeyçi düşünce sisteminin planlaşdırılması
Elçibeyçi düşünce sistemimin strateji planlaşdırılmasında öncelik sıralanmasına malik milli-siyasal hedefler:
–Azerbaycanın güneyinin istiqlalı
–Bütöv Azerbaycan
–Turan Evi ardıcıllığı ile düzülür(tebii ki, işğal olunmuş torpaqların qurtarılması, erazi bütövlüyü, insan haqları, demokratiya… kimi hedefler sıralana bilmez ve onlar uğrunda mübarize her an üçün aktual sayılır).
Bu hedeflerden Turan Evi indinin yox geleceyin meselesi kimi götürülür ve gösterilir ki, Azerbaycan bütövleşmese, Turan Evi baş tutası bir iş deyil. Çünki Elçibeye göre, Turanın yolu Bütöv Azerbaycandan keçir. Eger Bütöv Azerbaycan yoxsa Turan da olmayacaq! Ona göre de, Turanın qızıl körpüsü – Bütöv Azerbaycan uğrunda mübarize tekce Azerbaycan türklerinin yox, Turan amacı daşıyan her bir dünya Türkünün milli borcu ve qutsal tarixi görevidir.

Başqa sözle, Elçibeye göre, Turan evinin qurulması üçün önce Azerbaycanın bütövlüyü gerçekleşmeli ve Bütöv Azerbaycan Dövleti yaranmalıdır. Bunun üçünse ilk olaraq Azerbaycanın quzeyi ile yanaşı, Azerbaycanın güneyi de öz özgürlüyünü qazanmalı ve öz baxımsız dövletini qurmalıdır. Yalnız bundan sonra Azerbaycanın iki baxımsız dövletinin birleşmesi ve Bütöv Azerbaycanın yaranması gerçekleşer.


Azerbaycanın güneyinin özgürlüyü ve “Federativ İran” nağılı

“İndi özgürlük uğrunda çalışsaq, qonşularla erazi dartışmaları oluşacaq. Ona göre de, önce “federativ İran” qurulsun ve federasiya içinde Azerbaycanın sınırları bellensin, sonra istiqlalımızı alarıq” tipli önerilerle, daha doğrusu nağıllarla özlerine haqq qazandırmağa çalışan bezi şexs ve qruplar çox ciddi bir mentiqsizliye yol verdiklerinin ferqinde deyiller. Guya ki, “federativ İran” içinde Azerbaycanın sınırlarını fars şovinizmi yox, Azerbaycan türkleri belleyecekmiş ve “federativ İran” qonşularla erazi dartışmalarına yol vermeyecekmiş?! Doğaldır ki, tehlükeden gizlenmek isteyen devequşunun başını quma soxması nedirse bu yanaşma da odur… (unudulmamalıdır ki, qonşularla erazi dartışmalarını oluşduran ele fars şovinizminin özüdür ve “Ayır – buyur!” siyasetinde ustalaşmış fars şovinizmi öz hakimiyyetini sürdürmek üçün çeşidli xalqları toqquşdurub başlarını qatma xisletinden çox çetin ki, el çeke).

Elçibeyçi düşünce sisteminin strateji planlaşdırmasında Azerbaycanın güneyinin özgürlüyü indiki aşamanın başlıca hedefi sayılır. Eger Azerbaycanın güneyi özgürlüyüne qovuşmasa ve öz baxımsız dövletini qurmasa, ne Azerbaycanın öz gerçek milli sınırlarını bellemesi, ne de var olan dünya şertleri içre Azerbaycanın yeniden bütövleşmesi olumsuzdur. Ona göre de Elçibey Azerbaycanın quzeyi ile yanaşı, Azerbaycanın güneyinin de önce öz özgürlüyünü qazanmasına ayrıca önem verir, güneydeki milli mübarizenin doğru axardan yayındıraraq “federativ İran” hedefine yöneldilmesini kesinlikle redd edir ve “İranda demokratik federasiya yaranarsa, onun ömrü uzun olmayacaq, ya tamamile dağılacaq, ya da yeniden diktaturaya çevrilecek”.
Elçibeyçi düşünce sisteminin bu yanaşması açıqca ortaya qoyur ki, Azerbaycanın güneyinde gerçek milli qüvveler üçün qurtuluşdan başqa ayrı bir yol yoxdur. Özlerini “gerçekçi siyaset”(realpolitika) yürütdüyünü güman edib “federativ İran” uğrunda çalışanlar eslinde ya bilerek, ya da bilmeyerek birbaşa fars şovinizmine qulluq edirler. Çünki Rza şah Pehlevi rejimi ile iş başına gelen fars şovinizmi molla rejimi nedeninden ayaqda qaldı ve indi de ömrünü bir az daha uzada bilmek üçün “federativ İran” nağılı ile Azerbaycan Milli Herekatının başına börk qoymağa çalışır. Unutmayaq ki, fars şovinizmi gerçek mahiyyetini gizletmek üçün XX yüzilde resmen “İran” adlanmış Persiya(Farsıstan) zor ve diktatura olmadan yaşaya bilmez. Axı farslar sayca Azerbaycan türklerinden azdırlar ve azlığın çoxluq üzerinde hakimiyyeti yalnız zor gücüne gerçekleşe biler. Bu da “federativ İran”ın (gerçeklikde: rengini yeniden deyişmiş Persiya-Farsıstan dövletinin) yalnız ve yalnız diktatura yolu ile var ola bileceyini ortaya qoyur. Demeli, Azerbaycan Milli Herekatını doğru yoldan yayındırıb “federativ İran” (eslinde: Persiya-Farsıstan) hedefine yöneltmek Azerbaycanın güneyi üçün fars şovinizminin deyişik rengli yeni bir istibdadı ve diktaturası ile sonuclanacaqdır.

Demokratik bir ortam yaranarsa ve gerçek bir federasiya qurularsa, o zaman “İran” adı ile örtbastır edilib gizledilmiş Persiya dövleti ayaqda qala bilmez, mütleq dağılar. O halda, sabah dağılacağı şübhe doğurmayan bir dövlet üçün bu gün çalışmanın bir anlamı varmı?! Doğaldır ki, heç bir anlamı yoxdur ve buna göre de Elçibey yazırdı: “Yuqoslaviya kimi, SSRİ kimi, İran da dağılacaqdır…”, “İran dağılacaqsa biz niye bu xarabanın altında qalıb ezilmeliyik?”

Demeli sözde ne deyirler desinler, emelde Azerbaycanın güneyinin özgürlüyüne qarşı çıxıb “federativ İran” nağılını xalqa hedef gösterenler ya Azerbaycanı fars şovinizminin yeni bir diktaturasına sürükleyir, ya da Azerbaycanın getdikce toparlanan indiki milli enerjisini heder bir işe yöneldib yıpradır ve bu günün tarixi fürsetini itirmeye qulluq edirler.

Kaynak

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s